Mayın 14-də Fransanın Eks-an-Provans şəhərində Dünya Atletika Federasiyasının (World Athletics Federation) lisenziyası olan “IRONMAN 70.3” triatlon üzrə yarış start götürəcək.
Sportal.az xəbər verir ki, bu yarışda ölkəmizi Qafar Demirçi təmsil edəcək. Azərbaycan Triatlon Federasiyası millidə əcnəbi idmançılara üstünlük verdiyi üçün Qafar Demirçi yarışa azad olaraq qatılır.
Triatlonla məşğul olan Demirçi hazırda gənc idmançılarla birgə “Baku Tri Klub” yaradıb.
Bu vaxta qədər Qafar Demirçi 7 qitə olmaqla 16 dəfə - Türkiyə (İstanbul -3 dəfə), Fransa (Nitsa), ABŞ (Nyu York), İtaliya (Ferrara), Cənubi Afrika Respublikası (Big five marathon), Avstraliya (Sidney),Braziliya (Rio-de-Janeyro), Antarktika (Cənub qütbü), İordaniya (Səhra marafonu), İtaliya (Roma), Danimarka (Kopenhaqen), İsveç (Stokholm) və Yunanıstanda (Afina) marafonda iştirak edib.
Qeyd edək ki, Qafar Demirçinin atası - AGA şirkətlər qrupunun rəhbəri Aydın Demirçi də triatlon üzrə beynəlxalq yarışlarda iştirak edir. Hətta onlar iyun ayında triatlon üzrə beynəlxalq yarışda birlikdə iştirak edəcəklər.




