Millinin üzvündən möhtəşəm göstərici

15:52 - 14 May 2017

"Benfika"nın futbolçusu Lyubomir Feysa inanılmaz göstəriciyə imza atıb.

 

Sportal.az xəbər verir ki, 28 yaşlı serbiyalı yarımmüdafiəçi 2008-ci ildən bu yana oynadığı klublarda hər mövsüm çempion olmağı bacarıb. 

 

Feysa "Partizan" (2008/09, 2009/10, 2010/11), "Olimpiakos" (2011/12, 2012/13) və "Benfikan"nın heyətində 2014/15, 2015/16 həmçinin, cari mövsümün çempionu olub. 

 

Qeyd edək ki,  "Benfika" 33-cü turda "Vitoriya"nı 5:0 hesabıyla məğlub edərək növbəti dəfə titula sahib çıxıb. Lissabon klubu tarixində 36-cı dəfə Portuqaliya çempionu olub. Klub son 4 ildə ardıcıl çempiondur.

Xəbər xətti