"Demirchi Tover - 2017" turnirində 1/4 final mərhələsinin oyunları keçirilib.
Sportal.az xəbər verir ki, Milli Olimpiya mərkəzinin təlim-məşq bazasında (“Neftçi”nin keçmiş bazası) baş tutan qarşılaşmalardan sonra yarımfinala vəsiqə qazanan komandaların adına aydınlıq gəlib.
Qeyd edək ki, yarımfinalın görüşləri 14 may tarixində keçiriləcək. Finalçılar "Caspian Group" - Prime Audit" və "Pulpay" - "Oceaneering" matçlarından sonra aydınlıq məlum olacaq. Oyunlar müvafiq olaraq saat 10:00-da və 11:00-da baş tutacaq.
1/4 final mərhələsi matçlarının nəticələrini və yarımfinal cütlüklərini nəzərinizə çatdırırıq.


"Oceaneering" - "Wood Group" 2:1


"Expressbank" - Pulpay" 1:3


"Prime Audit" - "Scanex" 3:2


"Caspian Group" - "Wood Group 2" 5:3



