Bu gün Bakı Apelyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən "Neftçi"nin sabiq futbolçusu Maşallah Əhmədovun barəsindəki hökmdən verilən apelyasiya şikayəti üzrə məhkəmə prosesi davam etdirilib.
Sportal.az xəbər verir ki, hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə barışıq üçün təqsirləndirilən tərəfə vaxt verilib.
Hakim bildirib ki, Əhmədova dəyən ziyanı ödəmək üçün üç gün vaxt verilib. Ziyan ödəndikdən sonra zərərçəkən Yusif Əzizova barışıq imzalaması təklif edilib.
Mediaya açıqlamasında Əzizovun vəkili bildirib ki, qalan 1228 kv/metr aqlay daş qaytarılsa, barışıq əldə oluna bilər. Əhmədovun oğlu Tərlan Əhmədov isə deyib ki, tələb olunan daşlar hazırdı, bu gün zərərçəkən tərəfə çatdırılacaq.
Məhkəmə prosesi mayın 19-da davam etdiriləcək.
İttihama görə, Maşallah Əhmədov tikinti materiallarının alveri üçün və işə düzəltmə adı ilə dələduzluq edərək, bir neçə nəfərdən 350 min manat alaraq mənimsəyib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əhmədov 8 il müddətinə azadlıqdan məhrum edilib.
saytlarin hazirlanmasi
