Türk futbolçu Hollandiyada ən yaxşı seçildi

19:28 - 16 May 2017

Hollandiyanın Erediviziya təmsilçisi “Tvente”də mövsümün ən yaxşı oyunçusunu müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, Enshede təmsilçisinin türkiyəli hücumçusu Enes Ünal son mövsümdə klubun ən yaxşı futbolçusu seçilib. Bu barədə məlumatı klubun saytı yayıb.

 

Müqaviləylə “Mançester Siti”yə məxsus olan 20 yaşlı futbolçu “Tvente”də icarə əsasında çıxış edir. Gənc forvard son mövsümdə şans qazandığı 32 oyunda 18 qol vuraraq, komandasının ən məhsuldar futbolçusu olub. O, 3 qol ötürməsinə də imza atıb.

Xəbər xətti