"Mançester Yunayted" "Roma"nın futbolçusunu transfer edir

00:20 - 19 May 2017

"Mançester Yunayted" yeni mövsüm üçün ilk transferini gerçəkləşdirmək üzrədir.

 

Sportal.az xəbər verir ki, "qırmızı şeytanlar" "Roma"nın yarımmüdafiəçisi Radja Nainqqolanla razılığa gəlib.

 

Komandanın baş məşqçisi Joze Mourinyonun istəyi ilə belçikalı yarımmüdafiəçiyə təklif göndərilib və tərəflər arasında danışıqlar müsbət nəticələnib.

Xəbər xətti