Lakazette Madrid klubunda

12:56 - 22 May 2017

Aleksandr Lakazette gələn mövsüm "Atletiko"da çıxış edəcək.

 

Sportal.az xəbər verir ki, bu barədə onun çıxış etdiyi "Lion" klubunun prezidenti Jean-Mişel Aulas məlumat verib.

 

Klub rəhbəri "L`Equipe" qəzetinə açıqlamasında "Lakazettenin transferi ilə bağlı "Atletiko" ilə anlaşmışıq. Buna baxmayaraq, dəqiq söz deyə bilmərəm. Çünki transferin rəsmiləşməsi üçün İdman Arbitaj Məhkəməsinin (CAS) "Atletiko"ya qoyduğu qadağa götrülməlidi" - deyib. 

 

Fransa millisinin üzvü də "Atletiko"da oynamaq istədiyini deyib: "Atletiko"? Məmnuniyyətlə oynamaq istədiyim komandadı. Millidəki komanda yoldaşım Antuan Qrizmannla eyni mövqedə oynamaq çox xoş olacaq". 

 

Lakazetteyə görə "Atletiko"nun "Lion"a ödəyəcəyi məbləğ açıqlanmır. Avropa mətbuatı transferin ən azı 50 milyon avroya başa gələcəyini yazır.

 

Qeyd edək ki, 25 yaşlı forvard cari mövsümdə 45 rəsmi oyuna çıxıb və 37 qol vurub.

Xəbər xətti