"Ayaks"da olsaydım, Poqbanı düşünüb narahat olmazdım"

16:47 - 22 May 2017

Hollandiyalı futbol əfsanəsi Rud Qullit "Mançester Yunayted"in futbolçusu Pol Poqba haqqında danışıb.

 

Sportal.az xəbər verir ki, o, fransız futbolçunun "qırmızı şeytanlar"a transfer olunduğundan bu günə kimi heç nə ilə yadda qalmadığını bildirib. 

 

Hazırda Hollandiya milli komandasında baş məqşçinin köməkçisi vəsifəsində çalışan Qullit Avropa Liqasının finalında "Ayaks"ın rəqibi olan "Mançester Yunayted"in yarımmüdafiəçisinin amsterdamlılarlar üçün təhlükəli futbolçu olmadığını vurğulayıb:

 

"Poqba İngiltərədə yadda qalacaq heç nə etmədi. "Ayaks"da olsaydım, onu düşünüb narahat olmazdım".

Xəbər xətti