"Yuventus" "Çelsi"nin futbolçusunu transfer etdi

00:09 - 23 May 2017

"Yuventus" "Çelsi"dən icarəyə götürdüyü Xuan Kuadradonu birdəfəlik alıb.

 

Sportal.az xəbər verir ki. Turin təmsilçisi bu keçid üçün 20 milyon avro ödəyib. 28 yaşlı yarımmüdafiəçi ilə 2020-ci ilə qədər müqavilə imzalanıb.

 

Qeyd edək ki, Kuadrado 2015-ci ildə "Fiorentina"dan "Çelsi"yə keçmişdi.

Xəbər xətti