“Milan” ilk transferini həyata keçirib.
Sportal.az xəbər verir ki, “rossonyerlər” “Vilyarreal”ın müdafiəçisi Mateo Musakkioynu heyətinə qatıb. 26 yaşlı futbolçunun keçidi üçün "qırmızı-qaralar" "sarı sualtı qayığ"a 18 milyon avro ödəyib.
Argentina futbolçunun “Milan”da illik məvacibi 2,5 milyon avro olacaq.
Mərkəz müdafiəçisi “Vilyarreal”a 2009-cu ildə “River Pleyt” klubundan keçmişdi. Musakkio son mövsümdə 30 oyun keçirib və 2 assist edib.
saytlarin hazirlanmasi
