"Traktor Sazi"də yeni baş məşqçi

00:30 - 25 May 2017

Təbrizin “Traktorsazi” klubu yeni məşqçisinin adına aydınlıq gəlib.

 

Sportal.az xəbər verir ki, “qırmızı qurdlar”ı bundan sonra Yahya Qolmohammadi çalışdıracaq. Bu barədə məlumatı klubun saytı yayıb.

 

Qolmohammadi azərbaycanlıların çoxluq təşkil etdiyi Ərdəbildə dünyaya gəlib. Futbolçu olduğu zaman müdafiəçi olan 46 yaşlı mütəxəssis, baş məşqçi kimi “Persepolis”, “Zob Ahan”, “Neft Tehran” kimi komandaları çalışdırıb. O, “Zob Ahan”ın “sükanı arxasında” iki dəfə İran kubokunu qazanıb, bir dəfə isə ölkə superkubokuna yiyələnib.

Xəbər xətti