"Mançester Siti" "Monako"nun futbolçusunu transfer etdi

15:41 - 26 May 2017

“Mançester Siti” ilk transferini rəsmiləşdirməyə yaxındır.

 

Sportal.az xəbər verir ki, "şəhərlilər" "Monako"nun futbolçusu Bernardo Silva ilə razılığa gəlib. Premyer Liqa klubu portuqaliyalı futbolçunun transferi üçün Knyazlıq klubuna 69 milyon avro ödəyəcək.

 

22 yaşlı futbolçu tibbi müayinədən keçmək üçün Mançesterə yollanıb.

 

Qeyd edək ki, Silva "Monako"ya 2015-ci ildə "Benfika"dan keçib.

Xəbər xətti