"Milan" yeni transferini ictimaiyyətə təqdim etdi

14:33 - 30 May 2017

“Milan” bu mövsüm ilk transferini həyata keçirib.


Sportal.az xəbər verir ki, “rossonyerlər” “Vilyarreal”ın müdafiəçisi Mateo Musakkioynu heyətinə qatıb. 26 yaşlı futbolçunun keçidi üçün "qırmızı-qaralar" "sarı sualtı qayığ"a 18 milyon avro ödəyib. Mussakio "Milan"la 2021-ci ilə qədər müqavilə imzalayıb.

 

Argentinalı futbolçunun “Milan”da illik məvacibi 2,5 milyon avro olacaq.

 

Mərkəz müdafiəçisi “Vilyarreal”a 2009-cu ildə “River Pleyt” klubundan keçmişdi. Musakkio son mövsümdə 30 oyun keçirib və 2 assist edib.

Xəbər xətti