"Mançester Siti" heyətini yeni futbolçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, "şəhərlilər" "Benfika"nın qapıçısı Ederson Santana de Moraesin keçidini həll edib. Braziliyalı "əlcək sahibi" bu gün İngiltərəyə gedib tibbi müayinədən keçdikdən sonra 5 illik müqaviləyə qol çəkəcək.
"Mançester Siti" 23 yaşlı qapıçı üçün Portuqaliya təmsilçisinə 40 milyon avro təzminat ödəyəcək.
Qeyd edək ki, gənc qolkiper 2015-ci ildən "Benfika"da çıxış edirdi.
saytlarin hazirlanmasi
