Türkiyənin "Başakşəhər" klubunun futbolçusu Cengiz Ünder karyerasını İngiltərədə davam etdirəcək.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisinin bu mövsüm uğurlu çıxış etməsində əsas pay sahiblərindən olan yarımmüdafiəçi "Tottenhem"in radarına düşüb. "Başakşəhər" gənc futbolçunun transferi ilə bağlı Premyer Liqa klubu ilə razılıq əldə edib. Türkiyə KİV-lərinin yazdığına görə londonlular istedadlı futbolçunun transferi üçün Türkiyə klubuna 9 milyon avro ödəyəcək.
Qeyd edək ki, Türkiyə millisinin də üzvü olan Cengiz "Başakşəhər"ə mövsümün əvvəlində "Altınordu"dan 700 min avroya transfer olunub. Gənc ulduz bu mövsüm meydana çıxdığı 37 qarşılaşmada 9 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
