Şehiçin rəqibini 17 milyon avroya transfer etdilər

01:20 - 31 May 2017

İngiltərə Premyer Liqasında çıxış edən "Bornmut" "Çelsi"nin bosniyalı qapıçısı Asmir Beqoviçi transfer edib.

 

Sportal.az xəbər verir ki, "Qırmızı-qaralar" Bosniya və Herseqovina millisinin qapıçısının keçidi üçün 17 milyon avro ödəyib.

 

2015-ci ildən London klubunun uğurları üçün çalışan 29 yaşlı qolkiper son mövsümdə 8 oyunda şans qazanıb.

 

Xatırladaq ki, Beqoviç millidə "Qarabağ"ın qapıçısı İbrahim Şehiçin əsas rəqibidi.

Xəbər xətti