Sportal.az saytı günün transfer xəbərlərini təqdim edir:
"Lester Siti"dən ayrılacağını bəyan edən Riyad Mahrezə "Arsenal" "elçi düşüb". "Topçular"ın çalışdırıcısı Arsen Venger əlcəzairli ulduzu komandada görmək istəyir.

"Sauthempton"un müdafiəçisi Vircil Van Dayk "Çelsi" və "Liverpul"un transfer hədəfindədir. Hollandiyalı müdafiəçinin "Liverpul"a getmək istədiyi bildirilir. Bu keçid üçün "Sauthempton" 50 milyon funt-sterlinq tələb edir.

"Çelsi" Asmir Beqoviçin "Bornmut"a transferindən sonra əvəzedici qapıçı kimi PSJ-dən Alfonse Areolanı hədəfə alıb.

"Mançester Yunayted"in yarımmüdafiəçisi Ander Herrera "Barselona"ya transfer olmaqdan imtina edib.

"Bavariya" "Çelsi"nin cinah futbolçusu Vilyanı transfer etmək istəyir. Münhen təmsilçisi bu keçid üçün 50 milyon avrosundan keçməyə hazırdır.

"Nyukasl"ın baş məşqçisi Rafael Benites "Napoli"nin qolkiperi Pepe Reynanı sərəncamında görmək istəyir.
"Lion" Xavyer "Çiçarito" Hernandes üçün "Bayer"ə 12 milyon avro təklif edib.

"Yuventus"un müdafiəçisi Leonardo Bonuççi "Mançester Siti" "Real"ın transfer hədəfindədir.

