Azərbaycanlı futbolçu getdiyi məclisdə dünyasını dəyişdi

13:07 - 31 May 2017

Dünən axşam saatlarında azərbaycanlı futbolçu dünyasını dəyişib.

 

Sportal.az xəbər verir ki, uzun illər "Göyəzən"in formasını geyinmiş Qoşqar Sarıyev ürəktutmasından həyatını itirib. 1979-cu il təvəllüdlü keçmiş oyunçu Qazaxda, dəvət aldığı məclislərin birində infarkt keçirib. Çay içdiyi yerdə qəfildən Sarıyevin halı pisləşib və yerə yıxılıb.

 

Yaxınlıqdakılar ilkin tibbi yardım göstərməyə çalışsalar da, onu ölümün pəncəsindən almaq mümkün olmayıb.

 

Allah rəhmət eləsin!

 

 

(Qoşqar Sarıyev – əyləşənlər sırasında soldan birinci)

Xəbər xətti