Türkiyə millisinin üzvü La Liqa klubunda

14:03 - 31 May 2017

Türkiyə milli komandasının üzvü Enes Ünal karyerasını İspaniyada davam etdirəcək.

 

Sportal.az xəbər verir ki, "Mançester Siti"nin gənc forvardı bundan sonra "Vilyarreal"nın uğurları üçün tər tökəcək. "Sarı sualtı qayıq" istedadlı hücumçunu 14 milyon avro qarşılığında transfer edib. Türkiyə millisinin üzvüylə 4 illik müqavilə bağlanıb.

 

Qeyd edək ki, Enes Ünal son mövsümü Hollandiya "Tvente"sinin heyətində keçirib. Ünal meydana çıxdığı 33 matçda vurduğu 19 qolla komandasının ən məhsuldar oyunçusu olub.

Xəbər xətti