Dortmund "Borussiya"sının futbolçusu Pyer-Emerik Obameyanq karyerasını Fransada davam etdirəcək.
Sportal.az xəbər verir ki, PSJ qabonlu hücumçunu heyətinə cəlb edib. Fransa mətbuatının yazdığına görə parislilər 27 yaşlı qolçunun transferi ilə bağlı "Borussiya" ilə razılıq əldə edib.
PSJ ulduz futbolçunun transferi üçün Almaniya təmsilçisinə 70 milyon avro ödəyəcək. Hücumçu özü isə yeni komandasında illik 10 milyon avro qazanacaq.
Qeyd edək ki, Obameyanq bu mövsüm "Borussiya"nın heyətində Almaniya Bundesliqasında meydana çıxdığı 32 qarşılaşmada 31 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
