Rəqibimizin heyətində yeni futbolçu

19:21 - 31 May 2017

DÇ-2018-in seçmə mərhələsinin VI turu çərçivəsində Azərbaycan millisi ilə ilə qarşılaşacaq Şimali İrlandiya millisinin heyətinə yeni futbolçu cəlb olunub.

 

Sportal.az xəbər verir ki, söhbət İngiltərənin “Şeffild Yunayted” klubunda forma geyinən Daniel Laffertidən gedir.  Uzun müddətdir ki, milliyə dəvət almayan futbolçu Yeni Zellandiya ilə yoxlama və seçmə mərhələdə Azərbaycanla matçlarda yığmaya kömək edəcək.

 

Qeyd edək ki, Azərbaycan – Şimali İrlandiya matçı iyunun 10-u saat 20:00-da start götürəcək.

Xəbər xətti