Sportal.az saytı günün transfer xəbərlərini təqdim edir:
1. "Sky Sports"un xəbərinə görə, Madrid "Real"ı "Mançester Yunayted"ə David De Heanın tramsferi üçün 70 milyon avroluq təklif göndərib. Lakin "qırmızı şeytanlar" "kral klubu"nun bu təklifinə müsəbət cavab verməyib.

2. "The Sun"da yer alan xəbərə görə, "Liverpul" "Mançester Siti" ilə müqaviləsi başa çatan Qael Klişini transfer etmək istəyur. Təcrübəli cinah müdafiəçisinin xidmətində PSJ və "Qalatasaray"da maraqlıdı.

3. "Marca" nəşrinin yazdığına görə, "Mançester Siti"nin transfer etmək istədiyi "Monako"nun gənc ulduzu Klian Mbappe "Real"da oynamaq istəyir.

4. "Çelsi"nin baş məşqçisi Antonio Konte Asmir Beqoviçin "Bornmut"a transfer olmasından sonra Kurtuanın əvəzləyicisini tapıb. "The Sun"un xəbərinə görə, "zadəganlar" PSJ-nin 24 yaşlı qapıçısı Alfons Areolanı transfer etmək istəyir.

5. "The Telegraph"ın məlumatına görə, "Barselona"nın yeni baş məşqçisi Ernesto Valverdə "Mançester Yunayuted"in futbolçusu Ander Herrreranı komandasında görmək istəyir. Lakin futbolçu özü İngiltərədə qalmaq niyyətindədi.

