Ermənilərin klubu Qaret Beylə təklif göndərdi FOTO

14:11 - 1 İyun 2017

Moskvada yaşayan ermənilər tərəfindən yaradılan "Ararat" klubu maraqlı addımı ilə gündəmə gəlib.

 

Sportal.az xəbər verir ki, Rusiya yığmasının sabiq üzvü Roman Pavlyuçenkonu transfer edən ermənilər bu dəfə Qaret Beylə "göz dikib".

 

Klub Pavlyuçenko ilə birlikdə "Tottenhem"də çıxış etmiş uelsli ulduz futbolçuya "twitter" vasitəsilə təklif göndərib. Onların təklifində bu sözlər deyilir: "Beyl, səni komandamızda görmək istəyirik. Burda sən Ronaldonun kölgəsində qalmayacaqsan".

 

Qeyd edək ki, Beylin "Real"la müqaviləsi 2022-ci ildə başa çatır.

 

Görüntünün olası içeriği: 1 kişi

Xəbər xətti