"Yuventus"dan 25 milyon avroluq transfer

18:52 - 1 İyun 2017

"Yuventus" hücum xəttini gücləndirib.

 

Sportal.az xəbər verir ki, "Qoca sinyora" “Sampdoriya”nın hücumçusu Patrik Şiki transfer edib. Bu barədə "Sampdoriya"nın prezidenti Massimo Ferrero İtaliya mətbuatına açıqlamasında söyləyib. 

 

21 yaşlı futbolçunun transferi "Yuventus"a 25 milyon avroya başa gəlib.

 

Çexiya millisinin üzvü olan Şik cari mövsüm 32 oyuna 11 qol vurub.

Xəbər xətti