Portuqaliya millisinin müdafiəçisi Bruno Alveşin yeni klubu bəlli olub.
Sportal.az xəbər verir ki, 35 yaşlı müdafiəçi karyerasını Şotlandiyada davam etdirəcək. O, bu ölkənin köklü klublarından “Reyncers”lə müqavilə bağlayıb. Qlazqo təmsilçisindən edilən açıqlamada Alveşlə 2 illik müqavilə bağlandığı qeyd edilib.
Karyerası ərzində “Portu”, “Zenit”, “Fənərbaxça” kimi klublarda top qovmuş müdafiəçinin son klubu İtaliya A seriyası təmsilçisi “Kalyari” olub. O, 89 oyunda Portuqaliya millisinin şərəfini qoruyub.
saytlarin hazirlanmasi
