Ötən mövsümü "Qəbələ"nin heyətində keçirən Teo Uiks klub axtarışındadır.
Sportal.az xəbər verir ki, liberiyalı futbolçu karyerasını müqavilə ilə məxsus olduğu "Ermis" klubunda davam etdirmək niyyətində deyil. 27 yaşlı yarımmüdafiəçi Kipr klubundan ayrılmağa qərar verib.
Uiksin karyerasını harda davam etdirəcəyi isə dəqiq deyil. Onun xidmətində Türkiyə klubları da maraqlıdırlar.
Qeyd edək kİ Uiks ötən mövsümü "Qəbələ"də keçirib. Komandaya gəldiyi ilk dönəmdə Avropa Liqasının təsnifat mərhələsinin qarşılaşmalarında vacib qollar vuraraq azarkeşlərin rəğbətini qazanan liberiyalı zaman keçdikcə formadan düşmüşdü. Bu səbəbdən Roman Qriqorçuk yarımmüdafiəçini növbəti mövsüm üçün planlaşdırdığı heyətdə düşünməyərək, kommandan göndərilməsini istəmişdi. "Qəbələ" müqavilənin şərtinə görə, Uiksin transfer hüququna yiyələnə bilərdi, lakin "qırmızı-qaralar" 27 yaşlı futbolçu üçün "Ermis"ə müraciət etməyib.
Qeyd edək ki, Uiks "Qəbələ"nin heyətində ümumilikdə 32 oyun keçirib və 7 qol vurub.
