Rəqibimizin hücumçusu: "Ümid edirəm ki, Bakıda da qol vuracam"

14:22 - 3 İyun 2017

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində millimizlə qarşılaşacaq Şimali İrlandiya yığma komandası dünən hazırlıq matçında Yeni Zellandiyanı minimal hesabla məğlub edib.

 

Sportal.az xəbər verir ki, qarşılaşmada vurulan yeganə qolun müəllifi Liam Boys milli komandamıza qarşı keçirəcəkləri ouun haqda da danışıb. 26 yaşlı forvard Bakıda Şimali İrlandiyanın heyətində ilk rəsmi qolunu vuracağına inandığını söyləyib:

 

“Sevinirəm ki, milli karyeramda ilk  qolumu vurdum. Təəssüf ki, Avropa çempionatına dəvətlilər sırasına düşə bilməmişdim. Ancaq indi gələcək haqda düşünmək lazımdı. Azərbaycanla matç olduqca əhəmiyyətlidi. Ümid edirəm ki, Bakıda da fərqlənəcəm və milli formada rəsmi matçda ilk qolumu vuracam”.

 

Qeyd edək ki, Azərbaycan - Şimali İrlandiya qarşılaşması 10 iyun tarixində Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.

Xəbər xətti