"Zenit"dən ilk transfer

10:55 - 5 İyun 2017

Bir neçə gün əvvəl Roberto Mançinini baş məşqçi vəzifəsinə gətirən “Zenit” ilk transferini reallaşdırıb.

 

Sportal.az xəbər verir ki, Sankt-Peterburq təmsilçisi “Rostov”un ekvadorlu futbolçusu Kristian Noboanı heyətinə cəlb edib. 32 yaşlı yarımmüdafiəçi ilə 3 illik müqavilə bağlanıb.

 

Piterlilər Noboanı azad agent statusu ilə heyətinıə qatıb.

 

Son mövsümdə 40 oyunda şans qazanan Noboa 7 qol vurub, 5 məhsuldar ötürmə verib.

Xəbər xətti