"Borussiya" 18 yaşlı futbolçu transfer etdi

17:09 - 5 İyun 2017

Dortmund “Borussiya”sı heyətini yeni futbolçuyla gücləndirib.

 

Sportal.az xəbər verir ki, Bundesliqa təmsilçisi PSJ-nin gənc müdafiəçisi Dan-Aksel Zaqadunu heyətinə cəlb edib. Bu barədə məlumatı klubun saytı yayıb.

 

Zaqadunun xidmətində “Mançester Siti” də maraqlı olsa da, gənc müdafiəçi Dortmund klubunu seçib. 18 yaşlı mərkəz müdafiəçisi həm də, Fransanın U-18 millisinin kapitanıdı.

Xəbər xətti