"Fənərbaxça" "Lion"un futbolçusunu heyətinə qatdı

11:35 - 7 İyun 2017

“Fənərbaxça” 2-ci transferini həll edib.

 

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi “Lion”un yarımmüdafiəçisi Matye Valbuenanın transferini həll edib. Valbuena icarə əsasında 1 il “Fənərbaxça”da çıxış edəcək. 32 yaşlı futbolçunu birdəfəlik transfer etmək üçün müqaviləsinə xüsusi şərt qoyulacaq. Valbuenanın keçidi "Fənərbaxça"ya 4 milyon avroya başa gələcək. 

 

Valbuena iyunun 9-da İstanbula gələrək tibbi müayinədən keçəcək.

 

"Fənərbaxça" daha öncə "Trabzonspor"dan Mehmet Ekicini də transfer edib.

Xəbər xətti