Növbəti mövsüm üçün iddialı heyət qurmağa çalışan "Mançester Yunayted" ilk transferini reallaşdırıb.
Sportal.az xəbər verir ki, "qırmızı şeytanlar" Benfika"nın müdafiəçisi Viktor Lindelöfü transfer edib. Premyer Liqa təmsilçisinin rəsmi saytından verilən açıqlamada futbolçunun transferi ilə bağlı razılıq əldə edildiyi qeyd edilib. İsveç millisinin üzvü tibbi müayinədən keçdikdən sonra rəsmi müqavilə imzalanacaq. "Mançester Yunayted" bu transfer üçün Lissabon klubuna 40 milyon avro ödəyəcək.
Qeyd edək ki, gənc müdafiəçi 2012-ci ildən "Benfika"da çıxış edirdi.
saytlarin hazirlanmasi
