"Yuventus" heyətini yeni futbolçu ilə gücləndirməyi planlaşdırır.
Sportal.az xəbər verir ki, Turin təmsilçisi "Bavariya"nın yarımmüdafiəçisi Duqlas Kostaya göz dikib. Karlo Ançelottinin də növbəti mövsüm üçün heyətdə düşünmədiyi braziliyalı futbolçu Münhendən ayrılmaq istəyir.
"Yuventus" rəsmiləri baş məşqçi Massimiliano Alleqrinin israrla istədiyi futbolçu üçün Almaniyaya gedərək danışıqlara başlayacaq. Son italiya çempionu "sambaçı"nın keçidi üçün 30 milyon avro ödəməyə hazırdı.
Qeyd edək ki, Kosta bu mövsüm "Bavariya"nın heyətində Bundesliqada meydana çıxdığı 23 matçda 4 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
