"Milan" yeni transferini təqdim etdi

00:59 - 13 İyun 2017

“Milan” heyətini yeni futbolçuyla gücləndirib.

 

Sportal.az xəbər verir ki, A Seriyası təmsilçisi “Portu”nun hücumçusu Andre Silvanı heyətinə cəlb edib. Portuqaliyalı forvardla 5 illik müqavilə imzalanıb. İtaliya klubu 21 yaşlı hücumçunun transferi üçün “Portu”ya 38 milyon avro ödəyib.

 
Qeyd edək ki, gənc hücumçu son mövsümdə "Portu"nun heyətində meydana çıxdığı 44 oyunda 21 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti