Dəniz Yılmazın əvəzinə Qana millisinin üzvü

12:45 - 14 İyun 2017

Millimizin futbolçusu Dəniz Yılmaz çıxış etdiyi "Bursaspor" klubundan ayrılacaq.

 

Sportal.az xəbər verir ki, Yılmazın karyerasını hansı klubda davam etdirəcəyi isə hələlik məlum deyil.

 

"Yaşıl timsahlar" isə artıq hücum xəttini gücləndiriblər. Növbəti mövsüm üçün qarşısına ciddi hədəflər qoyan Bursa təmsilçisi Asamoa Qyanın transferini həll edib. Qanalı forvardla 2 illik müqavilə imzalanıb.

 

"Bursaspor" "Rubin"in yarımmüdafiəçisi Aleks Sonqla da ilkin razılıq əldə edib.

Xəbər xətti