PSJ-nin futbolçusu "İnter" yolunda

16:58 - 15 İyun 2017

PSJ-nin (Fransa) futbolçusu Lukas Moura karyerasını İtaliyada davam etdirə bilər.

 

Sportal.az xəbər verir ki, Milan “İnter”i 25 yaşlı yarımmüdafiəçiyə “elçi düşüb”. Yerli mətbuatda bildirilir ki, İtaliya təmsilçisinin braziliyalı oyunçu ilə danışıqları müsbət nəticələnib. Futbolçu ilə anlaşan milanlılar Paris klubunu razı salmağa çalışacaq. 
 
Qeyd edək ki, Braziliya millisinin üzvü 2013-cü ildə PSJ-yə transfer olunub.

Xəbər xətti