"Mançester Yunayted" "Real"ın hücumçusunu transfer edir

19:18 - 15 İyun 2017

"Real"ın futbolçusu Alvaro Morata karyerasını "Mançester Yunayted"də davam etdirə bilər.

 

Sportal.az xəbər verir ki, 24 yaşlı hücumçunun meneceri Xuanma Lopes oyunçunun İngiltərə klubuna transferinin rəsmiləşdirilməsi üçün Madrid təmsilçisinin ofisinə gedib. Yaxın günlərdə bu transferin rəsmən açıqlanacağı gözlənilir.

 

Qeyd edək ki, "qırmızı şeytanlar"ın Morata üçün  73 milyon avro ödəyəcəyi gözlənilir.

Xəbər xətti