"Everton" iki futbolçu ilə heytini gücləndirib.
Sportal.az xəbər verir ki, Liverpul təmsilçisi "Ayaks"ın futbolçusu Devi Klassen və "Sanderlend"in qapıçısı Cordan Pikfordu transfer edib.
Hər iki futbolçuyla 5 illik müqavilə imzalanıb. Klassenin transferi 27 milyon avro, Pikfordun transferi isə "Everton"a 34 milyon avroya başa gəlib. 23 yaşlı qapıçı klub tarixinin ən bahalı transferi olub.

