"Qalatasaray" yeni transferini təqdim etdi

13:34 - 30 İyun 2017

"Qalatasaray" növbəti transferini rəsmiləşdirib.
 
Sportal.az
xəbər verir ki, İstanbul nəhəngi Kiyev "Dinamo"sunun futbolçusu Yunis Belhandanı heyətinə cəlb edib. Bu barədə məlumat klubun rəsmi saytından verilib. Mərakeş millisinin üzvü ilə 4 illik rəsmi müqavilə imzalanıb.
 
"Cim bom" bu transfer üçün Ukrayna klubuna 8 milyon avro təzminat ödəyəcək. Futbolçu özü isə "Qalatasaray"da illik 3 milyon 350 min avro qazanacaq.
 
Qeyd edək ki, 27 yaşlı yarımmüdafiəçi son mövsümü icarə əsasında Fransanın "Nitsa" komandasında keçirib. O, meydana çıxdığı 36 qarşılaşmada 3 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti