İngiltərə millisinin və hücumçusu Jermen Defonun yeni klubu müəyyənləşib.
Sportal.az xəbər verir ki, təcrübəli futbolçu "Bornmut"la 3 illik müqavilə bağlayıb. Bu haqda klubun rəsmi saytı məlumat verib.
Defo son mövsümü "Sanderlend"də keçirib. Lakin o, 2015-ci ildən formasını geyindiyi bu klubdan azad agent kimi ayrılıb.
35 yaşlı Defo karyerası ərzində ikinci dəfə "Bornmut"a qayıdıb. O, 2000/01 mövsümündə də bu klubun şərəfini qoruyub. Cermeyn "Çarlton", "Vest Hem", "Tottenhem", "Portsmut", "Toronto" kimi komandalarda da oynayıb.
saytlarin hazirlanmasi
