"Qalatasaray"dan 7 milyon avroluq transfer

18:49 - 30 İyun 2017

“Qalatasaray” 3-cü əcnəbi transferini ictimaiyyətə açıqlayıb. 

 

Sportal.az xəbər verir ki, “Sao Paulo”nun futbolçusu Maykon bu gün “sarı-qırmızılılar”la 4 illik müqavilə imzalayıb.

 

"Cim-bom" 29 yaşlı mərkəz müdafiəçisinin keçidi üçün Braziliya klubuna 7 milyon avro ödəyib.

 

Maykon ötən mövsüm "San Paulu”da 44 oyuna çıxıb və 3 qol vurub.

 

Qeyd edək ki, "Qalatasaray" yay transfer pəncərəsində hücumçu Bafetimbi Qomis və yarımmüdafiəçi Yunes Belhandanı da heyətinə cəlb edib.

Xəbər xətti