"Çelsi" futbolçusunu 23 milyon avroya satdı

19:13 - 30 İyun 2017

İngiltərənin "Çelsi" klubu futbolçusu Nathan Akeni "Bornmut"a satıb.

 

Sportal.az xəbər verir ki, hollandiyalı müdafiəçi yeni komandası ilə 5 illik müqavilə imzalayıb. Bu transfer üçün London klubuna 23 milyon avro təzminat ödənilib. 

 

Bu keçid "Bornmut"un tarixindən ən bahalı transfer olub.

 

Qeyd edək ki, 22 yaşlı futbolçu ötən mövsümün ilk yarısında icarə əsasında "Bornmut"da çıxış etmiş və qışda komandaya qaytarılmışdı.

Xəbər xətti