“Latsio”nun ispaniyalı Luis Alberto İngiltərə Premyer Liqasında oynaya bilər.
Sportal.az xəbər verir ki, İspaniya millisinin üzvü olan Alberto “Lester”ə keçməyə yaxındı. İngilis klubu komandanı tərk etməyə hazırlaşan Ceyms Meddison və Yuri Tilemansın əvəzinə Albertonu heyətə qatmaq niyyətindədi.
“Tülkülər”in baş məşqçisi Brendan Rocers də futbolçunun xidmətində maraqlıdı. “Sevilya” yetirməsi olan 28 yaşlı futbolçu “Liverpul”, “Malaqa”, “Deportivo” klublarında çıxış etdikdən sonra, 2016-cı ildə Roma klubuna keçib.
