Dadaşovun qolu komandasına qələbə qazandırdı

23:46 - 7 Noyabr 2026

Almaniyada futbol üzrə Şimal-Şərq Regional Liqasının 16-cı turunun oyunları keçirilib.

Sportal.az xəbər verir ki, azərbaycanlı hücumçu Rüfət Dadaşovun çıxış etdiyi Berlin “Dinamo”su səfərdə “Babelsberq”i 1:0 hesabı ilə məğlub edib.

Matçda yeganə qolu 90+2-ci dəqiqədə Rüfət Dadaşov vurub. Azərbaycanlı futbolçu qarşılaşmada 90 dəqiqə meydanda olub.

Hazırda “Dinamo” 32 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

Xəbər xətti