Argentina millisində 10 nömrəli forma boş qalacaq?

00:04 - 6 Noyabr 2026

Argentina millisində 10 nömrəli forma noyabr toplanışı zamanı istifadə olunmayacaq.

Sportal.az xəbər verir ki, Argentina millisində sonuncu dəfə Lionel Messinin geyindiyi 10 nömrəli forma hələlik heç bir futbolçuya verilməyəcək.

Dünya çempionatının gümüş mükafatçısı bu ay Uruqvay və Kosta-Rika yığmaları ilə qarşılaşacaq. Lakin bu oyunlar yoldaşlıq görüşləri olduğundan futbolçuların 1-dən 11-ə qədər nömrələrdən istifadə etməsi məcburi deyil.

Gələcəkdə 10 nömrəli formanın “Komo”nun yarımmüdafiəçisi Niko Pasa veriləcəyi gözlənilir.

Xəbər xətti