İstanbul klubunun yeni baş məşqçisi bəlli oldu

20:21 - 5 Noyabr 2026

Türkiyənin "Kasımpaşa" klubunun yeni baş məqşçisi məlum olub.

Sportal.az xəbər verir ki, Super Liqa təmsilçisini Alfred Şröder çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İstanbul klubu 54 yaşlı niderlandlı mütəxəssislə 2027-ci ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan müqavilə imzalayıb.

Qeyd edək ki, Alfred Şröder son olaraq Almaniya millisində köməkçi məşqçi kimi çalışıb. "Kasımpaşa" isə Emre Belözoğlu ilə yollarını ayırıb.

Xəbər xətti