"İnter" Premyer Liqadan müdafiəçi transfer etmək istəyir

13:52 - 7 Noyabr 2026

"Kristal Pelas"ın müdafiəçisiKris Riçards karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "İnter" amerikalı futbolçunu transfer etmək istəyir. Bu barədə "L'Interista" portalı məlumat yayıb.

Milan nəhənginin planı Riçardsı yanvarda heyətinə qatmaqdır. Bu, baş tutmasa "İnter" 26 yaşlı mərkəz müdafiəçisini mövsümün sonunda onun İngiltərə klubu ilə müqaviləsi başa çatdıqdan sonra rənglərinə bağlayacaq.

Qeyd edək ki, "Kristal Pelas" Kris Riçardsı 2022-ci ilin yayında "Bavariya"dan 12 milyon avroya transfer edib. ABŞ millisinin üzvü cari mövsümdə Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 14 rəsmi matçda 1 qol vurub.

Xəbər xətti