"Fantastik matç idi" - "Vikinq"in forvardı "Sabah"la oyun haqda

14:09 - 6 Noyabr 2026

“Vikinq”in hücumçusu Erik Botheim Çempionlar Liqasının dördüncü turunda Stavangerdə “Sabah” üzərində qazanılan 4:1 hesablı qələbəni şərh edib.

bxəbər verir ki, Norveç mətbuatına danışan forvard komandasının qalibyyəti haqda bunları deyib:

"Bu, fantastik matç idi. Çox güclü komandaya 4:1 hesabı ilə qalib gəldik. Onlara qarşı oynamaq olduqca çətin idi, çünki hücumda çoxlu oyunçu ilə iştirak edirdilər. Bu, onları əks-hücumda çox təhlükəli edirdi. Amma biz həm də ən yaxşı tərəfimizi göstərdik və şanslarımızdan yararlandıq. İndi bilirik ki, Çempionlar Liqasında qələbə qazana bilərik. ÇL-də hər matç çox çətin sınaqdır, amma özümüzə inamımız güclü olaraq qalacaq".

Xəbər xətti