"Turan-Tovuz"un müdafiəçisi Xorxe Silva Sportal.az saytına açıqlamasında Misli Premyer Liqasının 11-ci turunda "Qarabağ" üzərində qazanılan 1:0 hesablı qələbəni şərh edib.
Portuqaliyalı futbolçu səfərdə qazanılan qalibiyyət haqda bunları deyib:
"Çox güclü rəqibə qarşı çətin oyun oldu. Düşünürəm ki, yaxşı müdafiə olunduq və hər fürsətdə əks-hücum etməyə çalışdıq. Komandamızla və əvvəlki turda "Sabah" üzərində 3:2 hesablı qələbədən sonra meydanda göstərə bildiklərimizlə fəxr edirəm. Yaxşı işimizi davam etdirməliyik. Bu cür komandalar üzərində qələbələr çox vacibdir. Həmin qələbələr göstərir ki, biz də Premyer Liqanın ən yaxşı komandaları arasındayıq".
O, "Turan Tovuz"un çempionluq şanslarından da danışıb:
"Çempionluq uğrunda mübarizəyə gəldikdə, günbəgün, oyundan-oyuna mübarizə aparacağıq və sonra necə olacağını görəcəyik. Biz çox motivasiyalıyıq və yaxşı işimizi davam etdirməliyik".
Mirbağırağa
saytlarin hazirlanmasi
