"Azərbaycandan 2-3 klubla danışığımız olmuşdu" - Rusiyada lider olan komandanın qolkiperi

15:48 - 8 Noyabr 2026

Rusiya birinci liqasında lider olan “Nijni Novqorod”un qapıçısı İslam İmamov Sportal.az saytına açıqlama verib.

Rusiyada dünyaya gələn həmyerlimiz karyerasını Azərbaycanda davam etdirmək şansından bəhs edib. İmamov ona Premyer Liqa klublarımızdan maraq olduğunu etiraf edib:

"Bəli, Azərbaycandan 2-3 klubla danışığımız olmuşdu. Amma hər şey uzandı və heç vaxt nəticə vermədi. Qərarın düzgün olub-olmadığını demək səhv olardı. Hələlik yaxşı bir komandada yer aldığıma və məşqlərdə hər gün daha yaxşı olmaq imkanına sahib olduğuma görə xoşbəxtəm".

Mirbağırağa
 

Xəbər xətti