Konfrans Liqasının H qrupunda “Qarabağ”ın rəqibi olan “Omoniya”nın meneceri Andrea Dimitriu yerli mətbuata danışıb.
Sportal.az xəbər verir ki, 2-ci turda “Qarabağ”a qarşı keçiriləcək görüş haqda danışan klub rəsmisi bunları deyib:
"Görüşün nəticəsini proqnozlaşdırmayacağıq. Meydana mübarizə aparmaq üçün çıxacağıq. Əslində, “Omoniya” və “Qarabağ” arasında ustalıq səviyyəsində fərq çox deyil. Kiçik səhvlər, detallar matçın taleyini həll edəcək. Azarkeşlərimiz qarşısında qələbə üçün oynamalıyıq. “Qarabağ”ı məğlub etmək istəyirik".
